Dünya Azərbaycanlılarının 1-ci və 2-ci qurultayları haqqında arayış və 5-ci abzasdan sonrakı mətn əlavə olunub.
Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir T.Hacıyev/
Gələn il Dünya Azərbaycanlı Gənclərin Konqresinin təsis qurultayı keçiriləcək, Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.
"Yeni təşkilatın yaranmasında məqsəd dünyada yaşayan azərbaycanlı gənclərin fəaliyyətini gücləndirmək və koordinasiya etməkdir", - İbrahimov bildirib.
Komitə sədrinin sözlərinə görə, 2011-ci ilin yaz aylarında Dünya Azərbaycanlılarının qurultayı keçiriləcək. Həmin qurultayda dünyada yaşayan azərbaycanılarının növbəti 5 il üçün iş prinsipləri müəyyənləşəcək.
Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ildə, II Qurultayı isə 2006-cı ildə keçirilib.
"Dünya Azərbaycanlıların III qurultayı keçiriləcək. Yəqin ki, bu yaxınlarda Azərbaycan Prezidenti Dünya Azərbaycanlıların III qurultayının keçirilməsi barədə sərəncam da imzalayacaq. Yaxın zamanlarda qurultayın keçirilmə qaydası, dəvət olunacaq qonaqların və üzvlərin sayı və digər texniki məsələlər həll olunacaq", - komitə sədri deyib.
İbrahimov bildirib ki, növbəti beş ilin Azərbaycan diasporunun daha da yüksəlmə dövrü olacağına inanır.