Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir M.Əliyev/
Milli Məclis ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin yeni tərkibini təsdiq edib. Bu barədə Trend-ə cümə günü parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Növbəti beş il ərzində Azərbaycanı ATƏT PA-da Milli Məclisin vitse-spikeri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Onun müavini Eldar İbrahimov olub, üzvləri isə Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev və Ağalar Vəliyevdir.
Təvəkküloğlunun sözlərinə görə, parlamentin spikeri Oqtay Əsədov cümə günü nümayəndə heyətinin üzvləri ilə görüşüb və ATƏT ilə əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək onlara ATƏT PA-dakı gələcək fəaliyyətlərində uğurlar arzulayıb.