...

Gələn il Gürcüstan Silahlı Qüvvələrinin say tərkibi dəyişməyəcək

Siyasət Materials 17 Dekabr 2010 20:27 (UTC +04:00)
2011-ci ildə Gürcüstan Silahlı Qüvvələrinin say tərkibi olduğu kimi qalacaq və 37 min nəfər təşkil edəcək.
Gələn il Gürcüstan Silahlı Qüvvələrinin say tərkibi dəyişməyəcək

Gürcüstan, Tbilisi, 17 dekabr /Trend, müxbir N.Kirsxaliya/

2011-ci ildə Gürcüstan Silahlı Qüvvələrinin say tərkibi olduğu kimi qalacaq və 37 min nəfər təşkil edəcək. "Gürcüstan Silahlı Qüvvələrinin sayı haqqında" müvafiq qanun layihəsi ölkə parlamneti tərəfindən təsdiq edilib.

Gürcüstan Silahlı Qüvvələrinin sayı 2008-ci ilin avqustuna qədər 37 minə çatdırılıb. Cari ilin iyulunda say tərkibi beş min nəfər artırılıb.

2005-ci ildə Silahlı Qüvvələrin maksimal həddi 23 min, 2006-cı ildə 26 min olub, 2007-ci ildə isə 28 mindən 32 minədək artırılıb.

Xəbər lenti

Xəbər lenti