İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri cümə axşamı başa çatıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İstanbulun Atatürk Beynəlxalq hava limanında Azərbaycan dövlət başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola saldılar.
Prezident İlham Əliyev cümə axşamı Vətənə qayıtdı. Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlət başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.