...

İran Xəzəryanı ölkələrin parlament assambleyasının təşkilini təklif edir

Siyasət Materials 24 Dekabr 2010 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir T.Cəfərov/

İran parlamentinin sədri Əli Laricani Xəzəryanı ölkələrin parlament assambleyasının təşkil olunması təklifi ilə Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədova müraciət edib. Bu barədə cümə günü İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Kazım Cəlali jurnalistlərə bildirib.

Cəlali deyib ki, Laricani yaxın vaxtlarda Azərbaycana səfər edəcək. "Səfərin dəqiq tarixi müəyyənləşməyib, amma Yeni il tətillərindən sonra dəqiqləşdiriləcək", - o qeyd edib.

İran parlamentinin nümayəndəsi Milli Məclisin spikeri Oqtay Əsədovla görüşü zamanı Əli Laricaninin məktubunu təqdim edib. Onun sözlərinə görə, məktubda İran və Azərbaycan parlamentarilərinin beynəlxalq təşkilatlarda birgə əməkdaşlığının artırılması və ikitərəfli parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi qeyd olunub.

Cəlali deyib ki, Azərbaycanla İran arasında əlaqələr gündən-günə genişlənir və İran hökuməti ikitərəfli əlaqələrin inkişafında maraqlıdır.

Xəbər lenti

Xəbər lenti