...

Azərbaycan xarici işlər naziri Küveytə səfər edir

Siyasət Materials 10 Yanvar 2011 11:23 (UTC +04:00)
Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasının işində iştirak etmək məqsədilə Küveytə işgüzar səfərə yola düşüb.
Azərbaycan xarici işlər naziri Küveytə səfər edir

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir S.Ağayeva/

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasının işində iştirak etmək məqsədilə Küveytə işgüzar səfərə yola düşüb. Bu barədə XIN-in mətbuat mərkəzinin bazar ertəsi yaydığı məlumatda deyilir.

İki günlük səfər çərçivəsində Məmmədyarovun Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasında iştirakı ilə yanaşı Küveytin Vəliəhdi Əlahəzrət Şeyx Nəvvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah və Baş nazir Əlahəzrət Şeyx Nasser Əl-Məhəmməd Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşü nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasının yekunlarına dair birgə mətbuat konfransının keçirilməsi və Məmmədyarovun Küveytin "Ər-Ray" qəzetinə, "Sabah" televiziya kanalına müsahibə verməsi planlaşdırılıb.

Nümayəndə heyəti yanvarın 11-də Azərbaycana dönəcək.

Xəbər lenti

Xəbər lenti