Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın beş müxalif partiya sədri müxalifətin birlik məsələsini müzakirə etmək üçün bir araya gəlib. Trend-in məlumatına görə, müzakirədə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə iştirak edib.
Mətbuat üçün qapalı keçirilən görüşdə əsasən müxalifətin inteqrasiyasının müxtəli modelləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bu cür görüşlərin mütəmadi olaraq davam edəcəyi və müxalifətin birliyi üçün münasib modelin müəyyənləşəcəyi təqdirdə cəmiyyətə məlumat veriləcək.