Trend-in Avropa redaksiyasının icmalçısı Elmira Tariverdiyeva
Antidemokratik Ermənistan Yaxın Şərq və Şimali Afrika ölkələrində artıq iki aydır ki baş verən sosial narazılıqlarla əlaqədar inqilaba "yoluxma"sı üçün bütün əsaslara malikdir.
Ermənistanın müxalif Milli Konqresi ölkədə prezident seçkilərinin üçüncü ildönümü ərəfəsində fevralın 18-də növbəti "mitinqlər fəsli"ni açır. Jurnalsitlərə Milli Konqresin koordinatoru Levon Zurabyanın bildirdiyinə görə, mitinq zamanı demokratik azadlıqların məhdudlaşdırılması, əhalinin çox ağır sosial vəziyyəti, hökumətin kiçik və orta sahibkarlığa qarşı yönələn "əjdəhasayağı" tədbirləri kimi bütün məsələlər qaldırılacaq. Məlumatı RİA Novosti yazır.
Hazırkı ölkə hökumətinin qeyri-legitimliyinə və onun apardığı siyasətə qarşı ənənəvi etiraz səbəbindən doğan müxalifətin təşəbbüskarı olduğu mitinqlər Misir, Tunis və Yaxın Şərq xalqlarının etirazlarına bənzər sosial etirazlara səbəb ola bilər.
Ermənistanda həyat səviyyəsi çoxlu səbəblərə görə cəmiyyətdə hiddət doğurur və yaxın vaxtlarda bu narazılıq yalnız güclənəcək. 2009-cu ilin aprelində "qara çərşənbə axşamı"ndan sonra Ermənistan maliyyə böhranının nəticələrindən hələ də özünə gəlməyib. Burada transfertlərin həcminin azalması da az rol oynamayıb. Bu, böhrandan sonrakı Rusiyada mürəkkəb iqtisadi vəziyyətlə izah edilir, çünki məhz oradan transfertlərin əsas hissəsi Ermənistana daxil olur. Bundan başqa, böhranın nəticələrinin öhdəsindən çətinliklə gələn əsasən Rusiyadan gələn birbaşa xarici investisiyaların azalması da baş verib.
Digər tərəfdən, Sxinvalidə avqust müharibəsindən sonra Gürcüstan vasitəsilə yüklərin Rusiyadan Ermənistana çatdırılması Tbilisinin öz ərazisindən Rusiya mallarını buraxmaq istəməməsi ilə çətinləşib. Bu, Azərbaycan və Türkiyə tərəfindən blokadaya alınan Ermənistan üçün "ləng ölümə" bərabərdir. Bundan başqa, Ermənistan regionun bütün nəqliyyat və enerji layihələrindən təcrid olunub.
Bunların hamısı ölkə daxilində narazılığın artmasına səbəb olacaq. Ermənistan vətəndaşlarının çox hissəsi hər gün ilk növbədə istehlak qiymətlərinin artması ilə bağlı olan sosial problemlərlə qarşılaşırlar.
Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2010-cu il ərzində ölkədə istehlak qiymətləri 10,6 faiz artıb. Qiymətlərin ən yüksək artımı - 13,1 faiz ərzaq mallarında, yəni ötüşməsi mümkün olmayan sosial təminat sektorunda qeydə alınıb. Qeyri-ərzaq mallarının qiyməti 5,6 faiz, xidmət tarifləri isə 4,2 faiz artıb.
BMT-nin Ərzaq Proqramının (FAO) araşdırmalarının nəticələrinə görə, Ermənistan 2010-cu ilin yekunları üzrə dünyada ərzaq mallarının qiymətlərinin ən çox artdığı 10 ölkə sırasında olub. Artım 2010-cu ilin dekabrı ilə müqayisədə 2011-ci ilin yanvarında da qeydə alınıb.
Bununla belə inflyasiya 9 faizi ötür, əhalinin yoxsulluq səviyyəsi 35 faizə çatıb. Bu, ötən il 60 min nəfəri Ermənistanı tərk etməyə məcbur edib. Əhalinin həyat səviyyəsinin aşağı düşməsi göz qabağındadır.
Hökumətin siyasəti nəticəsində kiçik və orta biznesin bağlanmasına aparan və qiymət artımına səbəb olan real bazar rəqabətinin olmamasından iqtisadiyyatın inhisarlaşdırılması Ermənistan üçün böyük problem yaradır.
Buna qaz tariflərinin növbəti dəfə artımını, indeksləşdirmənin olmaması, dramın devalivasiya tendensiyası, pul-kredit və büdcə-vergi siyasətini də əlavə etsək, şübhə etməyə yer qalmır ki, xalqın səbri gec-tez tükənəcək. Çünki Ermənsitan xalqı dəyişikliklər gözləmir.
"Ermənistanın hakim koalisiyası 2013-cü ilin prezident seçkilərində yeganə namizəd kimi indiki Prezident Serj Sarkisyanın namizədliyini irəli sürəcək", - Ermənistanın dövlət rəhbərinin mətbuat xidməti məlumat verib. Bu isə o deməkdir ki, bu ölkəni müsbət dəyişikliklər tezliklə gözləmir. Belə ki, xalqın müsibətlərinin çoxunda indiki hökumətin həm xarici, həm də daxili siyasəti təqsirkardır.
2010-cu ilin sonunda cəmiyyətə hakimiyyətin öz işinin effektsizliyini başa düşməsini nümayiş etdirməli olan prezidentin təşəbbüsü ilə edilən kadr dəyişiklikləri də vəziyyəti dəyişməyə qadir deyil.