...

Suriya Prezidenti hökumətin istefasını qəbul edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Mart 2011 18:36 (UTC +04:00)
Suriya Prezidenti Bəşşar əl-Əsəd hökumətin istefasını qəbul edib. Bu barədə Trend "Al Jazeera" telekanalına istinadən məlumat verir.
Suriya Prezidenti hökumətin istefasını qəbul edib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:52-də yayılıb)

Suriya Prezidenti Bəşşar əl-Əsəd hökumətin istefasını qəbul edib. Bu barədə Trend "Al Jazeera" telekanalına istinadən məlumat verir.

Qərar hakimiyyət tərəfindən ölkədə xalqın narazılığından sonra qəbul edilib. Gözlənilir ki, yeni Nazirlər Kabineti sutka ərzində formalaşacaq.

Bazar ertəsi Suriyanın vitse-prezidenti Faruk Şara bəyan edib ki, ölkə Prezidenti Bəşşar əl-Əsəd yaxın iki gündə kütləvi etirazların təzyiqi ilə ölkə hökumətinin qəbul etdiyi "mühüm qərarları" elan edəcək.

Xəbər lenti

Xəbər lenti