...

Azərbaycan Prezidenti İordaniya Haşimilər Krallığının sənaye və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 12 Aprel 2011 18:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də İordaniya Haşimilər Krallığının sənaye və ticarət naziri, Azərbaycan-İordaniya hökumətlərarası birgə komissiyanın həmsədri Hani Əl-Mülkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti İordaniya Haşimilər Krallığının sənaye və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də İordaniya Haşimilər Krallığının sənaye və ticarət naziri, Azərbaycan-İordaniya hökumətlərarası birgə komissiyanın həmsədri Hani Əl-Mülkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlət başçısı Azərbaycan ilə İordaniya Haşimilər Krallığı arasında yüksək səviyyədə siyasi əlaqələrin olduğunu vurğulayıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirmək və sərmayə imkanlarını nəzərdən keçirmək üçün böyük planların olduğunu deyib. Azərbaycan-İordaniya hökumətlərarası birgə komissiyanın Bakıda keçirilən iclasına toxunan dövlət başçısı bu iclasın gələcək əməkdaşlıq üçün önəmini qeyd edib.

İordaniya Haşimilər Krallığının sənaye və ticarət naziri, Azərbaycan-İordaniya hökumətlərarası birgə komissiyanın həmsədri Hani Əl-Mülki İordaniya Kralı II Abdullahın salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. O, ölkəmizdə keçirdiyi məhsuldar görüşlər barədə Azərbaycan Prezidentinə məlumat verib.

Prezident İlham Əliyev İordaniya Kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniyanın dövlət başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti