...

ATƏT Azərbaycanda korrupsiya ilə mübarizə istiqamətində görülən tədbirləri alqışlayır

Siyasət Materials 15 Aprel 2011 11:50 (UTC +04:00)
Bu gün Azərbaycanda korrupsiya ilə mübarizə istiqamətində görülən tədbirləri alqışlayırıq. Korrupsiya bütün dünya ölkələrini narahat edən bir bəladır.
ATƏT Azərbaycanda korrupsiya ilə mübarizə istiqamətində görülən tədbirləri alqışlayır

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Azərbaycanda korrupsiya ilə mübarizə istiqamətində görülən tədbirləri alqışlayırıq. Korrupsiya bütün dünya ölkələrini narahat edən bir bəladır. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda keçirilən, korrupsiyaya qarşı mübarizə üzrə forumdakı çıxışı zamanı ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib.

"Korrupsiya virusu ölkələrin iqtisadiyyatını, demokratik təsisatlarını zəiflədir, əcnəbi iş adamlarının həmin ölkədən üz döndərməsinə səbəb olur, həmin ölkənin təhlükəsizliyinə ziyan vurur. ATƏT korrupsiya ilə mübarizəni prioritet sahə sayır", - Cankorel deyib.

Onun sözlərinə görə, təşkilat bu sahədə dövlətlərə hər cür dəstək verməyə hazırdır.

"Lazımi texniki yardımı göstərməyə hazırıq. Azərbaycan bu məsələdə önəmli addımlar atıb. Korrupsiya ilə mübarizə ilə bağlı qanunun, 2007-2011-ci illəri əhatə edən milli strategiyanın qəbul edilməsi görülən tədbirlərdən ən önəmliləridir. Mandatımız çərçivəsində hökumətə istənilən yardımı göstərməyə hazırıq", - ATƏT rəsmisi deyib.

Onun sözlərinə görə, QHT təmsilçilərinin bu mübarizəyə cəlb edilməsi də alqışlanmalıdır.

Xəbər lenti

Xəbər lenti