...

Azərbaycan türk xalqlarının yaxınlaşması üzrə işləməyə hazırdır - Oqtay Əsədov

Siyasət Materials 28 Aprel 2011 14:31 (UTC +04:00)
TÜRKPA-nın yaradılması ilə türkdilli xalqların əməkdaşlığının yeni üfüqləri açılıb. Trend-in məlumatına görə, bu barədə bu gün TÜRKPA-nın ikinci plenar iclasında çıxışı zamanı Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib.
Azərbaycan türk xalqlarının yaxınlaşması üzrə işləməyə hazırdır - Oqtay Əsədov

Qazaxıstan, Astana, 28 aprel /Trend, müxbir A.Maratov/

TÜRKPA-nın yaradılması ilə türkdilli xalqların əməkdaşlığının yeni üfüqləri açılıb. Trend-in məlumatına görə, bu barədə bu gün TÜRKPA-nın ikinci plenar iclasında çıxışı zamanı Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib.

"TÜRKPA kimi birliklər əvvəllər heç vaxt olmayıb. Bu, bizi əlaqələrimizin möhkəmləndirilməsi üzərində birgə işləməyə vadar edir. TÜRKPA qarşımızda əməkdaşlığın yeni üfüqlərini açır", - Əsədov deyibb.

O, bütün türk xalqlarının ümumi mədəni dəyərlərinin qorunub saxlanmasına və artırılmasına çağırıb.

"Biz bütün imkanlardan, eləcə də parlament diplomatiyası kimi formalardan istifadə etməliyik", - azərbaycanlı spiker deyib.

Onun sözlərinə görə, Azərbaycan yalnız TÜRKPA çərçivəsində deyil, başqa beynəlxalq səviyyələrdə də əməkdaşlığın bütün formalarında maraqlıdır.

TÜRKPA-ya Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir. Təşkilatın məqsədi türkdilli ölkələrin birliyinə nail olmaq, ümumi problemlərin müzakirəsi və qanunvericilik səviyyəsində qərarların qəbul edilməsidir.

TÜRKPA-nın yaradılmasına dair təşəbbüs Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən 2006-cı ilin noyabrında türkdilli ölkələrin rəhbərlərinin Antalyada keçirilən 8-ci sammitində irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti