Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Milli Məclisin mayın 6-da keçiriləcək iclasında "İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) haqqında" Konstitusiya Qanununa edilmiş dəyişikliklə bağlı təkrar səsvermə keçiriləcək.
Milli Məclisdən cümə günü Trend-ə verilən məlumata görə, iclasın gündəliyinə bir neçə məsələ daxil edilib.
Gündəliyə Naxçıvan MR-in Konstitusiyasına dəyişikliklə bağlı qanun layihəsi, neft sazişləri, eləcə də Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin təsdiqlənməsi məsələsi salınıb.
Azərbaycan Parlamentinin mayın 6-da keçiriləcək iclasının gündəliyi açıqlanıb
Milli Məclisin mayın 6-da keçiriləcək iclasında "İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) haqqında" Konstitusiya Qanununa edilmiş dəyişikliklə bağlı təkrar səsvermə keçiriləcək.
