...

Mayda Avropa Parlamentinin rəhbəri Bakıya gələcək

Siyasət Materials 2 May 2011 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir Y.Ostapenko/

Mayın ortalarında Avropa Parlamentinin prezidenti Yerji Buzekin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri gözlənilir. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Rolan Kobia deyib.

"Avropa İttifaqının xarici xidmətinin rəhbəri Ketrin Eşton da Azərbaycana səfər etməyi planlaşdırır. Çox güman ki, səfər yayda baş tutacaq", - Kobia bazar ertəsi Trend-ə bildirib.

Hər iki səfərin təfərrüatları açıqlanmır.

Cümə günü məlum olub ki, Ketrin Eşton və Yerji Buzek mayda Yerevanda bir sıra görüşlər keçirəcəklər.

Avropa İttıfaqı Azərbaycanla 1990-cı ilin əvvəllərindən əməkdaşlıq edir. Hazırda əməkdaşlığa müxtəlif sahələr, o cümlədən energetika və ticarət sahəsində ənəvi əməkdaşlqıdan siyasi dialoqadək, kənd təsərrüfatı, ədliyyə, ətraf mühit, təhsil mədəniyyət sahəsində əməkdaşlıq daxildir.

Yanvarda Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo Azərbaycana səfər edib. Səfər zamanı "Cənub qaz dəhilizi haqqında birgə bəyannamə" imzalanıb. Bu, Aİ nümayəndələrinin sözlərinə görə, münasibətlərin daha da inkişaf etməsinə təkan verəcək.

Ötən ilin aprelində Avropa Mehriban Qonşuluq siyasətinin genişləndirilməsi üzrə Avropa komissarı Ştefan Füle də Bakıya səfər edib. Onun səfərinin gündəliyinin əsas məsələsi Azərbaycan qaçqınları ilə görüş olub.

Aİ rəsmilərinin Azərbaycana səfərlərinin gündəliyində "Aİ-nin keçmiş Sovet İttifaqının 6 dövləti - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusla siyasi və iqtisadi yaxınlaşmanı nəzərdə tutan "Şərq Tərəfdaşlığı" proqramının nailiyyəti və perspektivlərinin müzakirəsi durur.

Xəbər lenti

Xəbər lenti