...

Azərbaycan və Monteneqronun XİN rəhbərləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Siyasət Materials 5 May 2011 11:02 (UTC +04:00)
Azərbaycan və Monteneqronun XİN rəhbərləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Azərbaycan və Monteneqronun XİN rəhbərləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Monteneqronun XİN rəhbərləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Danışıqlar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu ölkəyə səfəri çərçivəsində aparılıb. Trend-in məlumatına görə, bu barədə XİN-in mətbuat xidmətindən bildirilib.

Səfər zamanı nazirlər Elmar Məmmədyarov və Milan Roçen ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. İqtisadiyyat və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.

Elmar Məmmədyarov iqtisadiyyat və turizm sahələri ilə yanaşı mədəniyyət, təhsil sahələrində də ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi barədə həmkarına geniş məlumat verib.

Tərəflər ölkələr arasında əlaqələrin və əməkdaşlıq sahələrinin artırılması üçün hüquqi bazanın genişləndirilməsi barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti