...

Milli Məclis Azərbaycan müstəqilliyinin 20 illiyinə həsr olunmuş xüsusi iclas keçirə bilər

Siyasət Materials 6 May 2011 14:24 (UTC +04:00)
Milli Məclis Azərbaycan müstəqilliyinin 20 illiyinə həsr olunmuş xüsusi iclas keçirə bilər.
Milli Məclis Azərbaycan müstəqilliyinin 20 illiyinə həsr olunmuş xüsusi iclas keçirə bilər

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Milli Məclis Azərbaycan müstəqilliyinin 20 illiyinə həsr olunmuş xüsusi iclas keçirə bilər.

Millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı cümə günü Milli Məclisin iclasında payızda Parlamentin Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş xüsusi iclasının keçirilməsini təklif edib.

"Bu ilin oktyabrında Parlamentin xüsusi iclasında Azərbaycanın müstəqilliyin 20 ili ərzində əldə etdikləri müzakirə edilə bilər", - Trend-in məlumatına görə, Qurbanlı bildirib.

Onun sözlərinə görə, artıq indidən bu müzakirələrin tətbiqi üzrə işçi qrupun yaradılması, məruzəçinin təyin olunması vacibdir.

Bu il Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edir.

Xəbər lenti

Xəbər lenti