...

Azərbaycanın Türkiyədəki səfirliyi Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar şer və rəsm müsabiqəsi keçirib

Siyasət Materials 7 May 2011 01:05 (UTC +04:00)
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 88-ci doğum günü münasibətilə təşkil olunmuş tədbirlər keçirilmişdir.
Azərbaycanın Türkiyədəki səfirliyi Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar şer və rəsm müsabiqəsi keçirib

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 88-ci doğum günü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində cümə günü 6 may tarixində Ankaranın Yenimahalle səmtində Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan orta məktəbdə qeyd olunan məktəbin tələbələri arasında şer və rəsm müsabiqəsi keçirilmişdir. Bunu Trend-ə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyin mətbuat katibi Elsevər Salmanov bildirib.

Müsabiqənin qaliblərinə eləcə də 4, 5 və 6-cı yerləri tutan tələbələrə Səfirliyin həvəsləndirici hədiyyələri Səfir Faiq Bağırov tərəfindən təqdim olunmuşdur.
Tədbirin sonunda Səfir Faiq Bağırov öz çıxışında, Heydər Əliyev adını daşıyan məktəbin tələbələrinin digər məktəbin tələbələrindən daha çox məsuliyyət daşıdıqlarından, gələcək həyatlarında müxtəlif peşələrə yiyələndikdən sonra da bu məsuliyyətin onlarla bir olacağından və bu məktəbin meyvələrinin iki ölkə əlaqələrinin daha da güclənməsində mühüm rol oynayacağından bəhs etmişdir.

Cari ilin 6 may tarixində həmçinin Ankara şəhərində Səfirlik tərəfindən "İbrahim Çeçen Sənət Qalereyasında" "Azərbaycanlı Rəssamlar Sərgisi" adlı tədbir təşkil olunmuşdur. Sərgidə Azərbaycanlı rəssam və heykəltəraşların 70-ə yaxın əsərləri nümayiş etdirilmişdir. Qeyd olunan tədbirdə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, Türkiyə Respublikasının Mədəniyyət Nazirinin müavini, millət vəkilləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, elm və incəsənət xadimləri, diaspor nümayəndələri, tələbələr, ictimaiyyət nümayəndələri və çoxsaylı KİV nümayəndələri iştirak etmişlər.

Tədbirin açılış nitqini Səfir Faiq Bağırov həyata keçirmişdir. O, öz çıxışında tədbir iştirakçılarını salamlamış, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə qazandırdığı nəaliyyətlərdən danışmış və O dahi şəxsiyyətin geniş siyasi dünya görüşündən söz açmışdır.

Tədbirin sonunda iştirakçılar üçün ziyafət verilmişdir.
Sərgi may ayının 25-nə dək davam edəcəkdir.

Xəbər lenti

Xəbər lenti