...

Azərbaycan müxalifətində yeni güc mərkəzi yaradılır

Siyasət Materials 10 May 2011 16:27 (UTC +04:00)
Biz Azərbaycan müxalifətində yeni güc yaradılması istiqamətində çalışırıq. Bu barədə çərşənbə axşamı Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib.
Azərbaycan müxalifətində yeni güc mərkəzi yaradılır

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan müxalifətində yeni gücün yaradılması istiqamətində çalışırıq. Bu barədə çərşənbə axşamı Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin iştirakı ilə üç partiya sədrinin görüşü keçirilib. Görüşdə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və ALP sədri Əvəz Temirxan iştirak edib.

Əliyev hesab edir ki, bu görüş tamam yeni formatda keçirilən görüşdür və ALP liderinin də bu prosesə qoşulması yaradılacaq təsisatı daha da gücləndirəcək.

Xəbər lenti

Xəbər lenti