...

Avropa Parlamenti rəhbərinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Siyasət Materials 12 May 2011 14:54 (UTC +04:00)
Avropa Parlamentinin rəhbəri Yerji Buzek regional səfəri çərçivəsində mayın 20-21-də Azərbaycana gələcək.
Avropa Parlamenti rəhbərinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Y.Ostapenko/

Avropa Parlamentinin rəhbəri Yerji Buzek regional səfəri çərçivəsində mayın 20-21-də Azərbaycana gələcək. Trend-in məlumatına görə, bu barədə mətbuat konfransında Aİ-nın Bakıdakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.

Buzekin səfərinin gündəliyinə Aİ ilə Azəbaycanın əlaqələri, parlamentlərin qarşılıqlı fəaliyyəti və bir çox digər məsələlərin müzakirəsi daxildir.

Aİ diplomatik xidmətinin rəhbəri Ketrin Eştonun da Bakıya səfəri gözlənilir. Hələlik səfərin detalları üzərində iş gedir.

İyunda Aİ diplomatik xidmətinin keçmiş nümayəndəsi, xanım Eştonun səfərini hazırlayan Miroslav Laşek Bakıya gələcək.

Hər iki səfərin detalları hələlik açıqlanmır.

Cümə günü Ketrin Eşton və Yerji Buzekin mayda Yerevanda bir sıra görüşlər keçirəcəkləri məlum olub.

Avropa İttifaqı Azərbaycanla 1990-cı illərin əvvəllərindən əməkdaşlıq edir. Hazırkı məqamda əməkdaşlıq energetika və ticarət sahəsində ənənəvi tərəfdaşlıqdan başlamış siyasi dialoqa, kənd təsərrüfatı, ədliyyə, ətraf mühit, təhsil və mədəniyyət layihələrinədək müxtəli sahələri əhatə edir.

Yanvarda Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo Azərbaycana rəsmi səfər edib. Səfər zamanı "Cənub dəhlizi" haqqında Birgə Bəyannamə imzalanıb ki, Aİ nümayəndələrinin sözlərinə görə, bu sənəd əlaqələrin daha da inkişafına təkan verəcək.

Ötən ilin aprelində ilk dəfə Bakıya Genişlənmə və Mehriban Qonşuluq siyasəti üzrə avropalı komissar Ştefan Füle səfər edib. Onun gündəliyində əsas bənd azərbaycanlı qaçqınlarla görüş olub.

Azərbaycanda Aİ rəsmilərinin gündəliyində vacib yeri Aİ ilə altı postsovet ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrinin yaxşılaşdırılmasına yönələn "Şərq tərəfdaşlığı" proqramının uğur və perspektivlərinin müzakirəsi tutur.

Xəbər lenti

Xəbər lenti