...

Çexiya Prezidenti Vatslav Klaus Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 16 May 2011 21:54 (UTC +04:00)
Çexiya Respublikasının Prezidenti Vatslav Klaus mayın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib
Çexiya Prezidenti Vatslav Klaus Azərbaycana rəsmi səfərə gəlib

Çexiya Respublikasının Prezidenti Vatslav Klaus mayın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend-in məlumatına görə,hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çexiya Respublikasının Prezidenti Vatslav Klausu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Çexiya Prezidentinə və xanımı Liviya Klausovaya gül dəstəsi təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Vatslav Klaus və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

Xəbər lenti

Xəbər lenti