...

Ukraynada Azərbaycan tarixi haqqında kitablar nəşr edilib

Siyasət Materials 25 May 2011 19:27 (UTC +04:00)
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müxtəlif tədbirlər keçirilir
Ukraynada Azərbaycan tarixi haqqında kitablar nəşr edilib

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müxtəlif tədbirlər keçirilir.

Ukraynadakı səfirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkəmizin təbliği və tanıtdırılması istiqamətində görülən işlərin davamı olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktoru, professor Yaqub Mahmudlunun "Azərbaycan: tarixi oçerklər" kitabı Ukrayna dilinə və "Azərbaycan: qısa dövlətçilik tarixi" kitabı ingilis dilinə səfirlik tərəfindən tərcümə olunaraq nəşr etdirilib.

Kitabın ukraynaca nəşrinə tanınmış şərqşunas, filologiya elmləri doktoru, professor Qriqori Xalimonenko və tarix elmləri namizədi, dosent Fərhad Turanlı rəy veriblər. Hər iki kitabın redaktoru səfir Eynulla Mədətlidir. Kitabın Ukrayna kitabxanalarında, ali təhsil ocaqlarında, diplomatik missiyalar arasında yayılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti