...

Azərbaycan Parlamenti komitəsinin sədri AŞ PA-nın tədbirlərində iştirak edəcək

Siyasət Materials 26 May 2011 11:19 (UTC +04:00)
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mayın sonunda qurumun Ukrayna və Fransada keçiriləcək tədbirlərində iştirak edəcək.
Azərbaycan Parlamenti komitəsinin sədri AŞ PA-nın tədbirlərində iştirak edəcək

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mayın sonunda qurumun Ukrayna və Fransada keçiriləcək tədbirlərində iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

AŞ PA Daimi komitəsinin Kiyevdəki iclasında İranın nüvə proqramına, Qazaxıstandakı prezident seçkilərinə, Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının idarəçilik və iqtisadi inkişafa təsirinə dair məsələlərə baxılacaq.

Qurumun Monitorinq və Siyasi işlər komitələrinin Paris toplantılarında isə Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsi, Albaniyada son bələdiyyə seçkiləri, Tunisdə və Belarusda vəziyyət, AŞ ilə demokratiyaya meyilli ərəb ölkələri arasında əməkdaşlıq, Mərakeşə demokratiya üzrə tərəfdaşlıq statusunun verilməsi barədə məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti