...

Yanez Lenarçiç yenidən ATƏT DTİHB-nin rəhbəri seçilib

Siyasət Materials 30 May 2011 17:19 (UTC +04:00)
ATƏT-ə üzv olan 56 ölkənin xarici işlər nazirləri bu gün yenidən Yanez Lenarçiçi yekdilliklə Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) üç il müddətinə rəhbər seçiblər. Trend-in məlumatına görə, bu barədə qurumun bazar ertəsi yaydığı məlumatda deyilir.
Yanez Lenarçiç yenidən ATƏT DTİHB-nin rəhbəri seçilib

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir A.Qasımova/

ATƏT-ə üzv olan 56 ölkənin xarici işlər nazirləri bu gün yenidən Yanez Lenarçiçi yekdilliklə Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) üç il müddətinə rəhbər seçiblər. Trend-in məlumatına görə, bu barədə qurumun bazar ertəsi yaydığı məlumatda deyilir.

Lenarçiç rəsmən vəzifəsinin icrasına iyulun 1-dən başlayacaq. O, həmin vəzifəyə ikinci və sonuncu dəfə seçilir. Lenarçiç ilk dəfə 2008-ci ilin iyulunda DTİHB rəhbəri təyin edilib.

ATƏT-in hazırkı sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Lenarçiçi yenidən DTİHB rəhbəri seçilməsi münasibətilə təbrik edib. "ATƏT DTİHB quruma üzv dövlətlərə öhdəliklərin geniş dairəsini həyata keçirmək üçün kömək etmək baxımından mühüm iş görür və Lenarçiçin rəhbərliyi bu institutu möhkəmləndirəcək", - Ajubalis deyib.

Lenarçiç 2003-2006-cı illərdə Sloveniyanın ATƏT-dəki səfiri olub. Sloveniyanın ATƏT-ə sədrlik etdiyi 2005-ci ildə o, təşkilatın əsas orqanlarından biri olan Daimi Şuranın sədri olub.

Xəbər lenti

Xəbər lenti