...

Kazan görüşü müsbət nəticələr verə bilər - səfir Hulusi Kılıc

Siyasət Materials 2 İyun 2011 16:32 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü uğurlu olmalıdır və mübət nəticələr verə bilər.
Kazan görüşü müsbət nəticələr verə bilər - səfir Hulusi Kılıc

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü uğurlu olmalıdır və mübət nəticələr verə bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib.

Səfirin sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı hər zaman dəstəkləyir.

"Dağlıq Qarabağ münaqişəsinin həlli region üçün çox vacibdir, çünki bu münaqişənin həlli regionda sabitliyin bərqərar olmasına səbəb olacaq", - Kılıc bildirib.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun sonunda Kazanda görüşəcəklər. Bu, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin artıq doqquzuncu üçtərəfli görüşü olacaq.

Ötən cümə axşamı prezidentlər Medvedev, Obama və Sarkozi Dovildə "böyük səkkizliy"in sammiti çərçivəsində qəbul etdikləri bəyanatda Azərbaycan və Ermənistan liderlərini "siyasi iradə nümayiş etdirməyə və iyunda keçiriləcək Ermənistan-Azərbaycan sammiti zamanı əsas prinsiplər üzərində [Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə] işi başa çatdırmağa çağırıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti