...

Azərbaycanın millət vəkili Makedoniyanın xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 9 İyun 2011 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Azərbaycanın millət vəkili Qənirə Paşayeva Skopyedə Makedoniyanın xarici işlər naziri Antonio Miloşoski ilə görüşüb. Trend-in məlumatına görə, görüş zamanı Paşayeva Miloşoskini təbrik edib və qurulacaq yeni hökumətin Makedoniya-Azərbaycan münasibətlərinə xüsusi önəm verəcəyinə və ikitərəfli münasibətlərin, əməkdaşlığın genişləndirilməsi istiqamətində öz səylərini daha da artıracağına əmin olduğunu deyib.

Millət vəkili Makedoniyanın xarici işlər nazirinə Azərbaycan həqiqətləri ilə bağlı məlumat verib və onu yaxın zamanlarda Bakıda görməkdən məmnun olacaqlarını bildirib.

Antonio Miloşoski parlament seçkilərində qalib gələn Makedoniya Milli Birlik Partiyasının (VMPO) əsas liderlərindən biridir.

Xəbər lenti

Xəbər lenti