...

Azərbaycan DİN-də yeni təyinat olub

Siyasət Materials 18 İyun 2011 10:51 (UTC +04:00)
Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.
Azərbaycan DİN-də yeni təyinat olub

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

Hüquq-mühafizə orqanlarından şənbə günü Trend-ə bildirilib ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Rahib Qarayev Şəxsi Heyətlə İş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qarayev bundan öncə idarənin rəis müavini vəzifəsində çalışıb.

DİN-in mətbuat xidməti Trend-ə məlumatı təsdiqləyib.

Bir neçə gün öncə Şəxsi Heyətlə İş İdarəsinin rəisi Mehman Mehmanov daxili işlər orqanlarında qulluqkeçmənin son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Xəbər lenti

Xəbər lenti