...

Azərbaycan Prezidenti Brüsseldə Albaniyanın Baş naziri ilə görüşüb

Siyasət Materials 23 İyun 2011 16:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Brüsseldə Albaniyanın Baş naziri Sali Berişa ilə görüşüb
Azərbaycan Prezidenti Brüsseldə Albaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Brüsseldə Albaniyanın Baş naziri Sali Berişa ilə görüşüb, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyəti vurğulandı, Albaniyanın Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdiyi qeyd edildi.

Həmçinin görüşdə Azərbaycanın Albaniyaya sərmayə yatırması, turizm, özəlləşdirmə və digər sahələrdə əməkdaşlıq imkanlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı. Bu məsələlərin müzakirəsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulandı.

Xəbər lenti

Xəbər lenti