...

Azərbaycanın xarici işlər naziri Qazaxıstana səfər edəcək

Siyasət Materials 26 İyun 2011 15:29 (UTC +04:00)
İyunun 27-28-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qazaxıstana səfəri nəzərdə tutulub.
Azərbaycanın xarici işlər naziri Qazaxıstana səfər edəcək

Azərbaycan, Bakı, 26 iyun /Trend/

İyunun 27-28-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qazaxıstana səfəri nəzərdə tutulub.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov Astanada keçiriləcək İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirak etmək məqsədilə səfər edir.

XİN rəhbərinin İKT Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında çıxışı və səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti