...

Azərbaycanlı ədib tanınmış polyak şairin yubileinə həsr olunmuş tədbirdə iştirak etmişdir

Siyasət Materials 2 İyul 2011 00:58 (UTC +04:00)
Azərbaycanlı ədib tanınmış polyak şairin yubileinə həsr olunmuş tədbirdə iştirak etmişdir.
Azərbaycanlı ədib tanınmış polyak şairin yubileinə həsr olunmuş tədbirdə iştirak etmişdir

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyindən alınan məlumata əsasən, 27-30 iyun tarixlərində Polşada tanınmış polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatının laureatı Çeslav Miloşun 100 illiyi ilə bağlı ədəbi tədbirlər keçirilmişdir.

Beynəlxalq tədbirdə dünyanın bir çox ölkəsindən böyük nüfuza malik mədəniyyət xadimləri, yazıçı və şairlər, sənət adamları, dövlət xadimləri iştirak etmişdirlər. Azərbaycanı tədbirdə Yazıçılar İttifaqının üzvü, şair, tərcüməçi Rafael Tağızadə təmsil etmişdir.

Polşada olarkən rafael Tağızadə Polşanın Mədəniyyət və milli irs nazirliyində, Ədəbiyyat institutunda, Adam Mitskeviç adına Ədəbiyyat muzeyində, Kitab institutunda və Varşava universitetinin şərqşünaslıq fakültəsinin türkoloqiya bölməsində məsul şəxslərlə görüşmüş, Azərbaycanın çağdaş ədəbiyyətı haqqında məlumat vermişdir.

Tağızadə Azərbaycanda nəşr olunan "Çağdaş polyak poeziyası antologiyası" kitabının hazırlanmasında iştirak etmiş, dahi bəstəkar Frederik Şopenə həsr olunmuş "Şopenin ürəyi" poemasının müəllifidir. Poema hal-hazırda Polşada yaşayan humanitar elmlər namizədi İlahə Kərimova tərəindən polyak dilinə tərcümə olunmuşdur.

Polşada olarkən, şair "Şopenin ürəyi" poemasını Polşanın Kitab institututna təqdim etmişdir. Polşa tərəfi poemanın polyak dilinə tərcümə olunmasından məmnun olduqlarını və yaxın gələcəkdə əsəri çap etmək arzusunda olduqlarını bildirmişdir.

Bundan əlavə, Rafael Tağızadə 30 iyun tarixində Krasnoqruda şəhərində keçirilən Beynəlxalq dialoq mərkəzinin təntənəli açılış mərasiminə dəvət olunmuşdur.

Mərasimdə Polşa Respublikasının prezidenti Bronislav Komarovski, Polşa və Litva rəsmiləri, Çeslav Miloşun ailə üzvləri iştirak etmişdirlər.

Səfir Həsən Həsənov Tağızadəni səfirlikdə qəbul etmiş, Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparmış və Azərbaycan və Polşa ədəbi dairələri arasındakı gələcək əməkdaşlığın perspektivləri ətrafında müzakirə etmişdir.

Xəbər lenti

Xəbər lenti