...

Azərbaycanın hakim partiyasının gənclər təşkilatı Avropa Demokratik Tələbələr Birliyinə üzv olmaq niyyətindədir

Siyasət Materials 20 İyul 2011 15:49 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının Gənclər Birliyi Avropa Demokratik Tələbələr Birliyi (ADTB) təşkilatına üzv olmaq niyyətindədir.
Azərbaycanın hakim partiyasının gənclər təşkilatı Avropa Demokratik Tələbələr Birliyinə üzv olmaq niyyətindədir

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyasının Gənclər Birliyi Avropa Demokratik Tələbələr Birliyi (ADTB) təşkilatına üzv olmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov bildirib.

"Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) gənclər təşkilatı ADTB-də müşahidəçi statusuna malikdir və AKP Gənclər Birliyinin bu təmsilçiliyi bizim üçün də müəyyən perspektivlərə yardım edir", - o qeyd edib.

Məmmədov bildirib ki, iyulun 12-də ADTB sədri Jural Antal ilə görüş keçirib və YAP Gənclər Birliyinin bu təşkilatla əməkdaşlığa maraqlı olduğunu, eyni münasibətin ADTB-dən də gözlədiyini bildirib.

"Sədr bu fikri dəstəkləyərək gələcəkdə bütün layihələrdə Azərbaycan nümayəndələrinin yer alması üçün əlindən gələni əsirgəməyəcəyini vurğuladı", - o deyib.

Məmmədov onu da bildirib ki, təşkilatın növbəti Şura iclası sentyabrda Çexiya paytaxtı Praqada keçiriləcək və bu barədə rəsmi dəvət artıq YAP Gənclər Birliyinə təqdim olunub.

"Bu dəvətlər, bu tədbirlər gələcəkdə YAP Gənclər Birliyinin də ADTB-nin üzvü olması istiqamətində aparılan işlərə böyük dəstək verəcək. Ümid edirəm ki, yaxın zamanlarda bu məsələ reallaşacaq", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti