Azərbaycan, Bakı, 27 iyul /Trend/
İyulun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verilmişdir.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan ziyafətdə nitq söylədilər.