Azərbaycan, Bakı, 8 avqust /Trend/
Suriya Prezidenti Bəşşar Əsəd Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu ilə görüşdən sonra verdiyi açıqlamada ölkəsinin terrorçu qruplara əsla rəhm etməyəcəyini bildirib. Bu haqda Trend Suriyanın SANA informasiya agentliyinə istinadən məlumat verib.
Bu gün Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu Suriyaya səfər edib. Səfər zamanı XİN rəhbəri ölkə prezidenti Bəşşar Əsədlə görüş keçirib. Görüş altı saat davam edib.
Suriyanın bir çox şəhərlərində ordu ilə prezident Bəşşar Əsədin istefasını tələb edən nümayişçilər arasında toqquşmalar zamanı 800 dən çox nümayişçi qətlə yetirilib. Suriya rəsmiləri bu rəqəmin 100 dən az olduğunu və qətlə yetirilənlərin dinc əhali yox silahlı terror qruplaşmalarının üzvləri olduğunu bildirib.
Suriyada baş verən hadisələrə etiraz olaraq dünən Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn bu ölkədəki səfirlərini geri çağırıblar.