...

İran Azərbaycanın notasına cavab verib

Siyasət Materials 18 Avqust 2011 10:40 (UTC +04:00)
İran Azərbaycan Xarici İşlər Nazirliyinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycanın ünvanına söylədiyi yersiz fikirlərlə bağlı təqdim etdiyi notaya cavab verib
İran Azərbaycanın notasına cavab verib

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir S.Ağayeva/

İran Azərbaycan Xarici İşlər Nazirliyinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycanın ünvanına söylədiyi yersiz fikirlərlə bağlı təqdim etdiyi Notaya cavab verib, bunu cümə axşamı Trend-ə XİN-in mətbuat xidmətinin birinci katibi Elman Abdullayev deyib.

Hazırda Azərbaycan XİN İran tərəfinin cavabını öyrənir, Abdullayev deyib.

Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 11-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami ölkənin "FARS" xəbər agentliyinin 09 avqust 2011-ci il tarixli sayında yer almış, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin söylədiyi yersiz fikirlərlə bağlı Azərbaycan XİN-ə dəvət olunub. Səfiri qəbul edən xarici işlər nazirinin müavini Nadir Hüseynov ona Azərbaycan tərəfinin etiraz notasını təqdim edib.

XİN-in notasında İran rəsmisinin bu cür məsuliyyətsiz iftiralarına qəti etiraz bildirilir və İran mətbuatında Azərbaycan Respublikasının xalqına və dövlətinə qarşı yönəldilmiş, milli mənafeyi və təhlükəsizliyinə zidd məlumatların yayımlanmasının, dövlətimizin daxili və xarici siyasətinin təhrif olunmasının ölkələrimiz arasında yaranmış dostluq münasibətləri, qarşılıqlı anlaşma və öhdəliklərlə ziddiyyət təşkil etdiyi vurğulanır.

Azərbaycan XİN İran tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların verilməsinin qarşısının alınması və bu kimi addımların bir daha təkrar olunmaması istiqamətində İran İslam Respublikası tərəfindən qısa müddət ərzində müvafiq tədbirlərin görülməsini və sözügedən məsələyə dair aydınlıq gətirilməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti