Azərbaycan, Bakı, 6 sentyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti xanım Dilma Rousseffə təbrik məktubu ünvanlayıb.
"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Braziliya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Dilma Rousseffə ən xoş arzularını yetirib, dost Braziliya xalqına əmin-amanlıq və firavanlıq diləyib.