...

Braziliya səfiri Azərbaycandakı diplomatik missiyasını başa vurur

Siyasət Materials 9 Sentyabr 2011 12:12 (UTC +04:00)
Braziliyanın Azərbaycandakı səfiri Paulo Antonio Pereyra Pinto ilin sonunadək özünün bu ölkədəki diplomatik fəaliyyətini başa vurur.
Braziliya səfiri Azərbaycandakı diplomatik missiyasını başa vurur

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir S.Ağayeva/

Braziliyanın Azərbaycandakı səfiri Paulo Antonio Pereyra Pinto ilin sonunadək özünün bu ölkədəki diplomatik fəaliyyətini başa vurur.

Paulo Antonio Pereyra Pinto 2009-cu ilin iyununda Azərbaycana səfir təyin olunub və Braziliyanın ölkəmizdəki ilk diplomatı olub.

Azərbaycanla Braziliya arasındakı diplomatik münasibətlər 1993-cü ildə qurulub. Braziliya öz diplomatik missiyasını Azərbaycanda 2009-cu ildə açıb.

"Braziliya Azərbaycanla aqrar sahədə, ətraf mühitin mühafizəsi və sosial sahədə əməkdaşlıq etmək niyyətindədir. Əməkdaşlığın digər vacib sahəsi yüksək texnologiyalar ola bilər", - səfir bu günlərdə Bakıda ölkənin müstəqilliyinin növbəti ildönümü ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Braziliya dünyada yüksək texnologiyalardan istifadə üzrə lider mövqelərdən birini tutur və ölkə öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti