...

Monteneqro Prezidenti Beynəlxalq Muğam Mərkəzində və Dövlət Bayrağı Meydanında olub (FOTO)

Siyasət Materials 17 Sentyabr 2011 14:13 (UTC +04:00)
Monteneqro Prezidenti Beynəlxalq Muğam Mərkəzində və Dövlət Bayrağı Meydanında olub
Monteneqro Prezidenti Beynəlxalq Muğam Mərkəzində və Dövlət Bayrağı Meydanında olub (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç şənbə günü Beynəlxalq Muğam Mərkəzində olub.

Trend-in məlumatına görə, qonağa Dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verilib.

Mərkəz ilə yaxından tanış olan Prezident Filip Vuyanoviç burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıb.

Monteneqro Prezidenti gənc muğam ifaçıları - Babək Niftəliyev və Arzu Əliyevanın ifasında "Mahur" və "Dilkeş" təsniflərini və "Qarabağ" mahnısını dinləyib. Azərbaycan muğamlarından xüsusi zövq alan ali qonaq ifaçılarla görüşmüş və onlara uğurlar arzulayıb.

Monteneqro dövlətinin başçısına Heydər Əliyev Fondunun keçirdiyi Beynəlxalq muğam festivalının disklərindən ibarət albom və "Azərbaycan musiqi alətləri" kitabı hədiyyə edilib.

Sonra Vuyanoviç Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Prezident Filip Vuyanoviç muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Monteneqronun dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub.

Sonra Filip Vuyanoviçə Prezident İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair verdiyi tapşırıqlar əsasında Meydanın ətrafında həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilib.

Xəbər lenti

Xəbər lenti