...

Azərbaycan Prezidenti Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb

Siyasət Materials 29 Sentyabr 2011 23:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Varşavada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Ketrin Eşton ilə görüşüb.
Azərbaycan Prezidenti Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Varşavada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Ketrin Eşton ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji və digər sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti