...

Azərbaycanda fransız məktəbi təsis olunacaq

Siyasət Materials 5 Oktyabr 2011 15:55 (UTC +04:00)
Fransa Prezidentinin Azərbaycana səfəri çərçivəsində oktyabrın 7-də Azərbaycanda fransız məktəbinin təsis olunması barədə sazişin imzalanması planlaşdırılır.
Azərbaycanda fransız məktəbi təsis olunacaq

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir S.Ağayeva/

Fransa Prezidentinin Azərbaycana səfəri çərçivəsində oktyabrın 7-də Azərbaycanda fransız məktəbinin təsis olunması barədə sazişin imzalanması planlaşdırılır. Məktəb fransız dilində uşaq bağçasından başlamış liseylə başa çatan tam təhsil verəcək. Bu barədə çərşənbə günü Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Bu, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) də qoşulduğu hər iki ölkənin Təhsil nazirliklərinin birgə layihəsidir.
Sarkozinin Bakıya səfəri zamanı yüksək səviyyədə, təkbətək formatda və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar keçiriləcək.

İkitərəfli əlaqələrin, regional məsələlərin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirəsi nəzərdə tutulur. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransa danışıqlar prosesinin perspektivləri üzrə öz mövqeyini şərh edəcək.

Mənbə xəbər verir ki, Fransa Prezidentini Azərbaycanda fəaliyyət göstərən bir sıra Fransa şirkətlərinin nümayəndələri, bir neçə nazir müşayiət edəcək.

Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfərfi oktyabrın 6-da başlayacaq. Əvvəlcə o, Ermənistana səfər edəcək. Oktyabrın 7-də isə Sarkozi Azərbaycana və daha sonra Gürcüstana yollanacaq.

Xəbər lenti

Xəbər lenti