...

Azərbaycan Prezidenti Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb

Siyasət Materials 13 Oktyabr 2011 19:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Azərbaycan Prezidenti Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmana uyğun olaraq, "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"nda dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilə bilər:

- 5 000 manatdan 50 000 manatadək - kiçik həcmli kreditlər;
- 50 001 manatdan 500 000 manatadək - orta həcmli kreditlər;
- 500 001 manatdan 10 000 000 manatadək - böyük həcmli kreditlər.

Kreditin maksimum həddi 5.000.000 manatdan (o cümlədən bir investisiya layihəsi üzrə) 10.000.000 manata qaldırılıb.

Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilib:

- kiçik həcmli kreditlər üçün - 3 (üç) ilədək;
- orta həcmli kreditlər üçün - 5 (beş) ilədək;
- böyük həcmli kreditlər üçün - 10 (on) ilədək.

İqtisadi İnkişaf Nazirliyinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti