...

Türkdilli ölkələrin Almatı bəyannaməsinin layihəsi razılaşdırılıb

Siyasət Materials 20 Oktyabr 2011 23:35 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Almatı bəyannaməsinin layihəsi cümə axşamı türkdilli ölkələrin Xarici İşlər nazirliklərinin yüksək rəhbərlərinin iclasında razılaşdırılıb.
Türkdilli ölkələrin Almatı bəyannaməsinin layihəsi razılaşdırılıb

Qazaxıstan, Almatı, 20 oktyabr /Trend, xüsusi müxbir E.Hüseynov/

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Almatı bəyannaməsinin layihəsi cümə axşamı türkdilli ölkələrin Xarici İşlər nazirliklərinin yüksək rəhbərlərinin iclasında razılaşdırılıb.

"Oktyabrın 21-də Almatıda baş tutacaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) ilk sammitinin yekun sənədinin mətni razılaşdırılıb", bunu Qazaxıstanın Xarici İşlər naziri Yerjan Kazıxanov cümə axşamı mətbuat konfransında bildirib.

Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkiyənin XİN-in nümayəndələri həmçinin yüksək səviyyəli görüşün gündəmini də razılaşdırıblar.

İclasda həmçinin də TDƏŞ-in Katibliyinin fəaliyyətinin hüquqi təminatı üzrə əsası təşkil edən sənədlər də imzalanıb və qəbul olunubdur.

Kazıxanov qeyd edib ki, yaxın perspektivdə qoyulmuş vəzifələrin həlli üçün TDƏŞ-in təsis edilməsinin başa çatdırılması üzrə birgə səyləri fəallaşdırmaq vacibdir.

Xəbər lenti

Xəbər lenti