...

SAM-ın əməkdaşının məqaləsi Türkiyənin nüfuzlu "Turkish Weekly" jurnalının saytında yerləşdirilib

Siyasət Materials 24 Oktyabr 2011 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlının məqaləsi nüfuzlu "Turkish Weekly" jurnalının saytında yerləşdirilib. Bu barədə bazar ertəsi Trend-ə SAM-ın mətbuat xidmətindən məlumat verilib.

Məqalə "Qeyri-neft ixracı: Azərbaycan iqtisadiyyatının diversifikasiyasının əsas hərəkətverici qüvvəsi" (Non-Oil Exports: A Powerful Driver of the Diversification of the Azerbaijani Economy) sərlövhəsi altında nəşr edilib. Məqalədə Azərbaycanın ixrac potensialı olan məhsullarının siyahısı verilməklə xarici bazarlarda mövqe qazanmaq imkanları təhlil edilib. Müəllif qeyri-neft ixracının təkcə məhsul deyil, həm də coğrafi şaxələndirilməsinin vacibliyini vurğulayıb. Məqalədə Azərbaycan dövlətinin ixrac həcmini genişləndirmək üçün həyata keçirdiyi təşviq siyasəti (konsaltinq, texniki dəstək, biznes konfranslar, promo tədbirləri və s.) geniş şərh edilib.

Qasımlı məqalədə Azərbaycandan qeyri-neft ixracını genişləndirmək üçün xarici birbaşa investisiyaların ölkəyə cəlb edilməsi imkanlarının olduğunu da göstərib.

Xəbər lenti

Xəbər lenti