...

Aİ ölkələrinin Azərbaycandakı səfirləri Füzuli rayonuna səfər ediblər

Siyasət Materials 2 Noyabr 2011 15:33 (UTC +04:00)
Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirləri 31 oktyabr və 1 noyabrda Füzuli rayonuna səfər ediblər.
Aİ ölkələrinin Azərbaycandakı səfirləri Füzuli rayonuna səfər ediblər

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirləri 31 oktyabr və 1 noyabrda Füzuli rayonuna səfər ediblər.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, səfərdə Avstriya, Belçika, Bolqarısan, Çex Respublikası, Finlandiya, Almaniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Polşa, Birləşmiş Krallıq və Aİ nümayəndəliyinin səfirləri və nümayəndələri iştirak ediblər.

Səfər zamanı Aİ səfirlərinin cəbhə xəttindəki vəziyyətlə tanış olmaq, regionda yaşayan sakinlər və məcburi köçkünlərlə görüşüb, onların problemlərini müzakirə etmək imkanı olub.

"Səfər zamanı cəbhə xəttindəki cari vəziyyəti birbaşa görüb, cəbhə xəttinə yaxın yaşayan insanların üzləşdiyi məhdudiyyətləri və çətinlikləri hiss etdik. Dağlıq Qarabağ münaqişəsinin ən tez zamanda sülh yolu ilə həll olunmasında Aİ-nın maraqlı olduğunu, sülh bərqərar olduqdan sonra münaqişədən zərər çəkmiş ərazilərin bərpasında, tərəflər arasında etimadın qurulmasında və onun qorunmasında Aİ-nin yardım göstərməyə hazır olduğunu biz bu səfərlə bir daha vurğuladıq", - səfir Roland Kobia nümayəndə heyətinin adından deyib.

Səfər zamanı Aİ səfirləri Füzuli rayon İcra Hakimiyyətinin başçısı, cəbhə xətti boyu məskunlaşmış rayon sakinləri və məcburi köçkünlərlə görüşüb, regiondakı hərbi əhəmiyyatları müşahidə edib və Füzulidəki QHT-lər və özəl sahibkarlarla görüşlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti