Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.Mehdiyev/
Mərkəzi Seçki Komissiyasının (MSK) bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə əlaqədar müşahidəçilər üçün hazırladığı "Müşahidəçilər üçün yaddaş kitabçası" işıq üzü görüb.
MSK-nın mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildirilib ki, yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilib.
Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib. Yaddaş kitabçası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
"Müşahidəçilər üçün yaddaş kitabçası" Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq nəşr edilib.
Azərbaycanda bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər noyabrın 30-da keçiriləcək.