Azərbaycan, Bakı, 17 noyabr /Trend/
Çərşənbə günü yeni çağırış Kanada parlamentinin üzvlərinin iştirakı ilə Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun iclası keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Kanadadakı səfirliyindən bildirilib
Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu 2006-cı ildən fəaliyyət göstərir və bugünkü görüş 2011-ci ilin may ayında Kanadada keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra Dostluq Qrupunun ilk iclasıdır.
İclasda hakim Mühafizəkarlar Partiyasının üzvü Barri Devolin Dostluq Qrupunun yeni sədri seçilmişdir. 2008-ci ildə Devolin Kanada parlamentinin nümayəndə heyətinin üzvü qismində Azərbaycanda səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev də dostluq qrupunun iclasında iştirak etmişdir. Görüş zamanı səfir Şəfiyev parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərinin inkişafı üçün faydalı olacağını qeyd etmişdir. Səfir Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd etmişdir.
Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni sədri seçilib