...

Misirin hökuməti istefaya gedib

Siyasət Materials 22 Noyabr 2011 00:19 (UTC +04:00)
Baş nazir İsam Şərəfin başçılıq etdiyi Misir hökuməti bazar ertəsi axşam saatlarında istefa verib.
Misirin hökuməti istefaya gedib

Azərbaycan, Bakı, 22 noyabr / Trend /

Baş nazir İsam Şərəfin başçılıq etdiyi Misir hökuməti bazar ertəsi axşam saatlarında istefa verib.

Nazirlər kabinetinin rəsmi bəyanatında bildirilir ki, istefa ölkənin paytaxtı Qahirənin Təhrir meydanında baş verən toqquşmalar ilə bağlıdır.

Trend-in xarici KİV-lərər istinadən verdyi məlumata görə, ölkədə hakimiyyətdə olan Hərbi Şura hökumətin istefaya dair müraciətinə baxaraq ona razılıq verib.

Təhrir meydanında artıq üç gün davam edən təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurmalarda 33 nəfər həlak olub, üç min nəfərə yaxın adam yaralanıb.

Etirazçılar tezliklə hərbi hakimiyyətin xalqın seçdiyi prezidentə və parlamentə təhvil verilməsini tələb edirlər.

Dünən Misirin eyni vaxtda bir neçə əyalətində Qahirədəki nümayişçilərin tələblərini dəstəkləyən kütləvi aksiyalarına başlanılıb.

Vəziyyəti gərginləşdirən səbəblərdən biri də odur ki, etirazçılar heç bir müəyyən hərəkat və ya partiyaya məxsus deyillər, onların vahid rəhbərliyi yoxdur.

Xəbər lenti

Xəbər lenti