Azərbaycan, Bakı, 14 dekabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 10,0 (on) milyon manat vəsait ayrılsın, o cümlədən 6,0 (altı) milyon manat yanğından mühafizə bölmələri üçün xüsusi təyinatlı nəqliyyat vasitələri və 4,0 (dörd) milyon manat fərdi mühafizə vasitələrinin alınması üçün.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.