Azərbaycan, Bakı, 2 yanvar /Trend müxbir A.Tağıyeva/
Şimali Kipr Türk Cümhuriyyəti hökuməti yeni konstitusiyanın qəbul edilməsi və 2012-ci ildə ölkənin adının dəyişdirilməsi məsələlərini nəzərdən keçirir. Trend-in bazar ertəsi "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə ŞKTC-nin Prezidenti Dərviş Əroğlu deyib.
Əroğlunun sözlərinə görə, cümhuriyyətin adı ya Şimali Kipr Türk Dövləti, ya da Kipr Türk Cümhuriyyəti ola bilər.