...

AŞPA-nın yeni sədrinin fransız olacağı müəyyənləşib

Siyasət Materials 9 Yanvar 2012 15:07 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni sədri qurumun yanvarda keçiriləcək sessiyasında seçiləcək.
AŞPA-nın yeni sədrinin fransız olacağı müəyyənləşib

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni sədri qurumun yanvarda keçiriləcək sessiyasında seçiləcək. Bu tarixdə AŞPA-nın indiki sədri Mövlud Çavuşoğlunun səlahiyyət müddəti başa çatır. Bu barədə Trend-ə bazar ertəsi AŞPA-dan məlumat verilib.

Məlumata görə, Mövlud Çavuşoğlunu Fransanın qurumdakı nümayəndə heyətinin sədri Jan-Klod Minyonun (Jean-Claude Mignon) əvəz edəcəyi gözlənilir.

Bu posta Minyonun namizədliyi AŞPA-da təmsil olunan Avropa Xalq Partiyası siyasi qrupu tərəfindən irəli sürülüb. O, AŞPA-nın Siyasi məsələlər və Monitorinq komitələrinin üzvü, qurum sədrinin müavini və Büro üzvüdür. Prosedura görə, qış sessiyasında AŞPA sədri ilə yanaşı, vitse-prezidentlər də seçiləcək.

Mövlud Çavuşoğlu bu vəzifəyə 2010-cu ilin yanvar ayında iki il müddətinə seçilmişdi.

AŞPA sədrliyinə namizəd qurumda təmsil olunan siyasi qruplar arasında əldə edilmiş razılığa əsasən, rotasiya qaydasında irəli sürülür. Hazırda AŞPA sədrliyi postunu tutmaq növbəsi fransalı deputatın da üzvü olduğu Avropa Xalq Partiyasındadır.

AŞPA sədri bu posta iki il müddətinə seçilir.

Xəbər lenti

Xəbər lenti