...

Azərbaycan müxalifətinin yeni təşkilatının adı məlum oldu

Siyasət Materials 9 Yanvar 2012 18:01 (UTC +04:00)
Azərbaycan müxalifətinin yeni təşkilatının adı məlum oldu.
Azərbaycan müxalifətinin yeni təşkilatının adı məlum oldu

Azərbaycan, Bakı, 9 yanver /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan müxalifətinin yeni təşkilatının adı məlum oldu.

Klassik Xalq Cəbhəsi Partiyasından bazar ertəsi Trend-ə daxil olan məlumata görə, bu gün KXCP qərargahında Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev və Azadlıq Partiyasının sədri Əhməd Orucun və Vətəndaş Hərəkatı Forumunun təmsilçisi Miralim Bəhramovun iştirakı ilə növbəti yığıncaq keçirilib.

Yığıncaqda yeni qurumun Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı adlandırılması qərara alınıb.

Hərəkatın fəaliyyət istiqamətləri və strukturu ilə bağlı razılaşmalar əldə edilib.

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis yığıncağı siyasi partiyaların, ictimai təşkilatların, gənclər təşkilatlarının, istiqlalçı millət vəkillərinin və ziyalıların iştirakı ilə yanvar ayının 12-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti