Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tədris mərkəzinin bazasında xüsusi təyinatlı ali təhsil müəssisəsi - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası təsis edilsin.
Nazirlər Kabinetinə Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin aktlarında dəyişikliklər edilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.